ABŞ "Crocus City Hall"dakı terror aktına dair bütün məlumatları Rusiyaya ötürməyib - KİV

ABŞ "Crocus City Hall"dakı terror aktına dair bütün məlumatları Rusiyaya ötürməyib - KİV

Bakı. TurkicWorld:

ABŞ "Crocus City Hall"da planlaşdırılmış terror aktına dair bütün məlumatları Rusiyaya ötürməyib.

TurkicWorld xəbər verir ki, bu barədə "The New York Times" qəzeti yazıb.

Nəşrin məlumatına görə, Vaşinqton Moskvanın ABŞ xüsusi xidmət orqanlarının informatorlarını və onların kəşfiyyat metodlarını öyrənə biləcəyindən ehtiyat edib.

Qeyd olunub ki, ABŞ və Rusiya arasındakı qeyri-dost münasibətlər amerikalı məmurların terror aktı barədə bütün məlumatları rusiyalı həmkarları ilə bölüşməsinə mane olub.