NATO Rusiya ilə münaqişəyə hazırdır - Hərbi komitə rəhbəri

NATO Rusiya ilə münaqişəyə hazırdır - Hərbi komitə rəhbəri

Bakı. TurkicWorld:

NATO Rusiya ilə mümkün münaqişəyə hazırdır.

TurkicWorld xəbər verir ki, bu barədə hazırda Kiyevdə səfərdə olan NATO-nun hərbi komitəsinin rəhbəri, admiral Rob Bauer yerli KİV-ə müsahibəsində deyib.

Qərbin Rusiya ilə mümkün münaqişəyə nə dərəcədə hazır olduğu ilə bağlı suala cavab olaraq Bauer "Bəli, bizim əsas vəzifəmiz hazır olmaqdır", - deyə bildirib.

NATO rəsmisi bunun üçün kollektiv təhlükəsizliyin əhəmiyyətini vurğulayıb.

"Biz 2019-cu ildən etibarən kollektiv təhlükəsizliyə geri döndük: öz müdafiə strategiyamızı, əməliyyat planlaşdırmamızı dəyişdik. Çünki son 20-30 il ərzində biz yalnız böhran vəziyyətlərinə cavab reaksiyasına fokuslanmışıq", - deyə Bauer əlavə edib.