İsrailin Rəfaha hücum planından narahatıq - ÜST

İsrailin Rəfaha hücum planından narahatıq - ÜST

Bakı. TurkicWorld:

İsrailin Rəfaha hücum planından narahatıq.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

“Biz İsrailin Rafaha qurudan hücum planlaşdırması ilə bağlı xəbərlərdən ciddi narahatıq. Əhalinin sıx məskunlaşdığı bu bölgədə zorakılığın daha da artmasının, xüsusən də tibb müəssisələri dolu olduğu üçün daha çox ölüm və iztirablara səbəb olacaq” - deyə o qeyd edib.

Qebreyesus bildirib ki, Rafahda 1,2 milyon insanın gedəcək təhlükəsiz yeri yoxdur.

Hafiz Rufizoğlu