Bakı. TurkicWorld:
Macarıstan hökuməti ABŞ senatorları ilə İsveçin NATO-ya üzvlük məsələsini müzakirə etməkdən imtina edib.
TurkicWorld-un məlumatına görə, ABŞ senatorlarından ibarət ikipartiyalı nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeştə gedib və hökuməti, İsveçin NATO-ya üzv olmaq istəyini dərhal təsdiqləməyə çağırıb.
Macarıstanın münasibəti ilə bağlı birgə qətnamə hazırlayan qrup Macarıstan hökumətinin heç bir üzvü tərəfindən qəbul edilməyib.
Senat, bu davranışına görə Macarıstana qarşı sanksiyaların tətbiqi ehtimalını gündəmə gətirib və Orbanı “NATO-nun etibarsız üzvü” adlandırıb.
Orban, Budapeştdə xalqa müraciətində bildirib ki, parlamentin yaz sessiyasının əvvəlində İsveçin NATO-da iştirakını təsdiqləməyə doğru irəliləyirik.
Macarıstanın xarici işlər naziri Piter Siyarto da senatorların səfərini alqışlayıb, lakin biz suveren ölkə olduğumuz üçün bizə təzyiq etməyə dəyməz deyib.
Aytac Süleymanova
Twitter: a_alieva_