Blinken səudiyyəli həmkarı ilə görüşüb

Blinken səudiyyəli həmkarı ilə görüşüb

Bakı. TurkicWorld:

ABŞ dövlət katibi Entoni Blinken Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ilə telefon danışığında Qəzzadakı “böhran”la bağlı məsələləri müzakirə edib.

TurkicWorld-un məlumatına görə, telefon görüşü zamanı, Qəzzada qalıcı sülhün bərqərar edilərək "böhran"a son qoyulması və İsrailin təhlükəsizliyinin təmin ediləcəyi Fələstin dövlətinin qurulması istiqamətində davam edən səylər müzakirə edilib.

Hər iki tərəf Qəzzada mülki şəxslərə humanitar yardımı artırmaq üçün yaxın koordinasiyanı davam etdirəcəklərini vəd ediblər.

Qeyde dək ki, oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 27 min 840 nəfərə çatıb.

Aytac Süleymanova

Twitter: a_alieva_