Son dəqiqə

NATO İsveç ABŞ Macarıstan

ABŞ senatorları Macarıstanı İsveçin NATO-ya daxil olmasını təsdiqləməyə çağırırlar

Bakı. TurkicWorld:

ABŞ senatorları Macarıstanı İsveçin NATO-ya qəbul protokolunu dərhal ratifikasiya etməyə çağırıblar.

TurkicWorld-un məlumatına görə, ABŞ Senatorları İsveçin NATO-ya qəbul protokolu ilə bağlı birgə bəyanatla çıxış ediblər.

Senatorlar birgə bəyanatlarında qeyd ediblər ki, İsveç həm bugünkü çağırışların, həm də sabahın təhlükələrinin öhdəsindən gəlmək üçün NATO-ya unikal imkanlar qazandıracaq.

Bu kontekstdə senatorlar Macarıstanın Baş naziri Viktor Orbanı İsveçin NATO-ya qəbul protokolunu dərhal təsdiq etməyə çağırıb və deyiblər: “Daha əvvəl ictimaiyyət qarşısında götürdüyü çoxsaylı öhdəliklərə baxmayaraq, Macarıstan İsveçin təklifini təsdiqləməyən sonuncu NATO üzvüdür".

Senatorlar Macarıstanın "hərəkətsizliyi"nin ABŞ və NATO ilə münasibətlərinə zərər vurması riskini irəli sürdülər.

NATO-nun yeni üzvün qəbulu ilə daha da güclənəcəyini bildirən senatorlar, “Macarıstanın transatlantik ailəyə bağlılığını davam etdirməsinin, İsveçin isə üzvlük protokollarına dərhal səs verməsinin vaxtı çatıb”,- deyə şərh ediblər.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, 25 yanvar tarixində İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib.

Aytac Süleymanova

Twitter: a_alieva_

Mövzuya görə xəbərlər