ABŞ və Böyük Britaniya Yəməndəki husilərin hədəflərinə zərbələr endirib

ABŞ və Böyük Britaniya Yəməndəki husilərin hədəflərinə zərbələr endirib

Bakı. TurkicWorld:

ABŞ və Böyük Britaniya silahlı qüvvələri Yəməndə üsyançı hərəkat olan Ənsar Allah (Husi) hədəflərinə zərbələr endirib.

TurkicWorld-un mılumatına görə, bu barədə husilərə məxsus "Al-Masirah" telekanalı xəbər verib.

Məlumata əsasən, eyniadlı vilayətin inzibati mərkəzi olan Səada şəhərinin şimal ətrafı hücuma məruz qalıb.

Mümkün itkilər, xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.