Kanada Türkiyəyə silah ixracına qoyulan embarqoları qaldırıb

Kanada Türkiyəyə silah ixracına qoyulan embarqoları qaldırıb

Bakı. TurkicWorld:

Kanada hökuməti Türkiyəyə satış etmək istəyən müdafiə sənayesi şirkətlərinə 2020-ci ildən bəri tətbiq etdiyi ixrac məhdudiyyətlərini qaldırdığını açıqlayıb.

TurkicWorld-un məlumatına görə, verilən bəyanatda qeyd edilib ki, sursat siyahısı da daxil olmaqla ixracatçı qruplar tərəfindən Türkiyəyə ediləcək ixrac və broker icazələri üçün müraciətlər Kanadanın risk qiymətləndirmə çərçivəsində ayrı-ayrılıqda araşdırılacaq.

Bəyanatda həmçinin oxşar beynəlxalq ixrac icazələrindəki standart ifadələr, habelə üçüncü ölkələrə satış zamanı təminat tələbləri və insan hüquqları qanunlarına bəzi istinadlar da yer alıb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana dron və PUA-larla dəstəyinə görə Kanada Türkiyəyə embarqo tətbiq edib.

Aytac Süleymanova

Twitter: a_alieva_