Qəzza məsələsində Türkiyə ilə beynəlxalq münasibət qurmağa çalışırıq - İordaniya XİN

Qəzza məsələsində Türkiyə ilə beynəlxalq münasibət qurmağa çalışırıq - İordaniya XİN

Bakı. TurkicWorld:

Qəzza məsələsində Türkiyə ilə beynəlxalq münasibət qurmağa çalışırıq.

TurkicWorld-un məlumatına görə, bu sözləri İordaniyanın Xarici İşlər naziri Eymen es-Safedi, Türkiyənin Xarici İşlər naziri Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransı zamanı deyib.

"Prioritetlər mövzusunda Türkiyə ilə tam razıyıq. Biz sülh istəyirik və Türkiyə ilə Qəzzaya hücumu dayandıracaq beynəlxalq mövqe yaratmaq üçün çalışırıq. Bölgədə yaranan böhranın səbəbi, İsrailin Qəzzaya hücumlarını dayandırmaq üçün real səy göstərməkdən, ədalətli və davamlı sülhü təmin etməkdən imtina etməsidir",- deyə nazir bildirib.

Qeyd edək ki, oktyabrın 7-də İsrail-Fələstin münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 24 min 448 nəfərə çatıb.

Aytac Süleymanova

Twitter: a_alieva_