Əlcəzair prezidenti Türkiyə ilə imzalanan anlaşma memorandumunu təsdiqləyib

Əlcəzair prezidenti Türkiyə ilə imzalanan anlaşma memorandumunu təsdiqləyib

Bakı. TurkicWorld:

Əlcəzair prezidenti Əbdülməcid Tebbun Türkiyə ilə müxtəlif sektorları əhatə edən d[rd anlaşma memorandumu və əməkdaşlıq protokolunu təsdiqləyib.

TurkicWorld bu barədə "Resmi Gazete"ye istinadən xəbər verir.

Tebbun tərəfindən təsdiqlənən və iki ölkə arasında imzalanan anlaşma və əməkdaşlıq protokolu sosial xidmətlər, ətraf-mühit, mədənçıxarma, transmilli mütəşəkkil cinayətkarlığa qarşı əməkdaşlıq, təhsil və təlim, texnologiya, balıqçılıq və akvakultura, ictimai işlər və media və kommunikasiya sahələrini əhatə edir.

Məlumat üçün bildirək ki, Tebbun prezidentliyi dövründə Türkiyəyə ilk səfərini 15 və 17 may 2022-ci il tarixlərində edib. Bu səfər zamanı iki ölkə arasında Birgə Əməkdaşlıq Şurasının ilk iclası keçirildiyi halda, bu səfər bir çox sektorları əhatə edən saziş və anlaşma memorandumlarının imzalanması ilə nəticələnib.

Aytac Süleymanova

Twitter: a_alieva_