Rusiya MDB-nin sədri oldu

Rusiya MDB-nin sədri oldu

Bakı. TurkicWorld:

Rusiya bu gündən MDB-yə sədrlik etməyə başlayıb.

TurkicWorld Rusiya KİV-inə istinadən xəbər verir ki, təşkilata sədrlik Qırğızıstandan Rusiyaya keçib.

Rusiya Prezidenti Vladimir Putin daha əvvəl bildirib ki, ölkə iqtisadi sahədə qarşılıqlı hesablaşmalarda milli valyutalara daha aktiv keçid üzərində işi davam etdirməyi gözləyir.

O həmçinin terrorizm və ekstremizm, transsərhəd cinayətkarlıq və narkotiklərin qanunsuz dövriyyəsi, korrupsiya ilə mübarizədə MDB ölkələrinin birgə fəaliyyətinin vacibliyini qeyd edib.

Digər məsələlərlə yanaşı, Rusiya mədəni-humanitar əlaqələrin genişləndirilməsinə, səhiyyə, elm, təhsil və idman sahələrində əməkdaşlığa diqqət yetirmək niyyətindədir.