Türkiyə və Macarıstanın İsveçin NATO üzvlüyünə dair təsdiq prosedurlarını mümkün qədər tez tamamlayacağına inanırıq - Yens Stoltenberq

Türkiyə və Macarıstanın İsveçin NATO üzvlüyünə dair təsdiq prosedurlarını mümkün qədər tez tamamlayacağına inanırıq - Yens Stoltenberq

Bakı. TurkicWorld:

Türkiyə və Macarıstanın İsveçin NATO üzvlüyünə dair təsdiq prosedurlarını mümkün qədər tez tamamlayacağına inanırıq.

TurkicWorld-un məlumatına görə, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin qərarını alqışlayırıq. Türkiyə və Macarıstanın İsveçin NATO üzvlüyünə dair təsdiq prosedurlarını “mümkün qədər tez” tamamlayacağına inanırıq",- deyə Stoltenberq bildirib.

Bundan əlavə, İsveçin NATO-ya üzvlük protokolunun Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsi tərəfindən qəbul edilməsindən sonra İsveçin xarici işlər naziri Tobias Billström sosial media hesabından açıqlama verib.

"Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin qərarını müsbət qarşılayırıq və növbəti addım parlamentin məsələyə səs verməsidir. NATO-ya üzv olmağı səbirsizliklə gözləyirik",- deyə nazir qeyd edib.

Qeyd edək ki, dünən Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyası İsveçin NATO-ya üzvlük protokolunu qəbul edib.

Aytac Süleymanova

Twitter: a_alieva_