Niger ECOWAS-ın hərbi müdaxilə ehtimalına görə yüksək hazırlıq vəziyyətindədir

Niger ECOWAS-ın hərbi müdaxilə ehtimalına görə yüksək hazırlıq vəziyyətindədir

Bakı. TurkicWorld:

Niger Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinin (ECOWAS) mümkün hərbi müdaxiləsi üçün ən yüksək hazırlıq vəziyyətindədir.

TurkicWorld-un məlumatına görə, Niger Baş Qərargahı "Nigerə qarşı hücum təhlükəsinin artdığı" səbəbiylə "mümkün bir sürprizin qarşısını almaq üçün maksimum ayıq-sayıqlığa" keçməyə qərar verib.

Nigerdə ​​hərbi idarəçiliyə şiddətlə qarşı çıxan ECOWAS ilk dəfə avqustun 10-da ölkədə konstitusiya quruluşunun bərpa olunmayacağı təqdirdə Nigerə hərbi müdaxilə edəcəyini açıqlayıb.

ECOWAS ölkələrinin qərargah rəislərinin avqustun 17-də Qananın paytaxtı Akkrada keçirilən iclasında Nigerə hərbi müdaxilənin tarixinin dəqiq olduğu açıqlanıb.

Hərbi idarələrin rəhbərlik etdiyi Burkina Faso və Mali, birgə bəyanatla çıxış edərək, ECOWAS-ın Nigerdəki çevrilişin gedişatını dəyişdirməyə başlamağı planlaşdırdığı hərbi əməliyyata qarşı Nigerin tərəfində olduqlarını bildirib.

Bəyanatda xəbərdarlıq edilib ki, Nigerə qarşı istənilən hərbi müdaxilə Burkina Faso və Maliyə qarşı müharibədir.

Hər iki ölkə hərbi müdaxilə halında Nigerə "Super Tucano" tipli döyüş təyyarələri göndərmişdi.

Niger Burkina Faso və Maliyə mümkün bir əməliyyat olacağı təqdirdə ərazisinə daxil olmağa icazə verib.

Hafiz Rufizoğlu