Bakı. TurkicWorld:
Niger Fransa səfirini arzuolunmaz şəxs elan edib.
TurkicWorld-un məlumatına görə, Fransa səfirinə ölkəni tərk etmək üçün 48 saat vaxt verilib.
Məlumat üçün qeyd edək ki, iyulun 26-da Nigerdə general Abdurahman Çianın başçılığı altında hərbi çevriliş olub.
Qiyamçılar Niger Prezidenti Məhəmməd Bazumu girov götürüb.
Prezident Mohamed Bazum qərbyönlü siyasəti və Parisin yaxın müttəfiqi olması ilə tanınır.
Hafiz Rufizoğlu







