Bakı. TurkicWorld:
Nigerdəki hərbi rəhbərlik Qərbi Afrika Dövlətləri İqtisadi Birliyi (ECOWAS) ilə dialoq aparmağa razılıq verib.
TurkicWorld-un məlumatına görə, bu barədə ECOWAS-ın siyasi məsələlər, sülh və təhlükəsizlik üzrə komissarı Abdel-Fatau Musah bildirib.
Abdel-Fatau Musah qeyd edib ki, Nigerdəki Prezident Mühafizə Alayının komandiri general Abdurrahmane (Ömər) Tchianinin rəhbərlik etdiyi hərbi administrasiya ECOWAS ilə dialoqu qəbul edib.
“ECOWAS tərəfindən göndərilən nümayəndə heyəti bütün danışıqların Nigerdə konstitusiya quruluşunun bərpası ilə nəticələnməsini təmin edəcək.” – deyə Musah bildirib.
O qeyd edib ki, danışıqlar bir nəticə verməsə hərbi müdaxilə qaçınılmaz olacaq.
Hafiz Rufizoğlu

