Tacikistan hərbçiləri Belarusda təlim keçəcək

Tacikistan hərbçiləri Belarusda təlim keçəcək

Bakı. TurkicWorld:

Tacikistan hərbçiləri Belarusun hərbi təhsil müəssisələrində təlim keçəcəklər.

TurkicWorld xəbər verir ki, bu barədə Belarus müdafiə nazirinin beynəlxalq hərbi əməkdaşlıq üzrə köməkçisi Valeri Revenko bildirib.

Məlumata görə, Tacikistan Müdafiə Nazirliyinin nümayəndələri iyulun 31-dən avqustun 4-dək Belarusdakı hərbi təhsil müəssisələri ilə tanış olmaq üçün səfərdə olublar.

V.Revenkonun sözlərinə görə, səfərin nəticələrinə əsasən Belarusda tacikistanlı hərbçilərə təlim keçirilməsinə dair razılıq əldə olunub.