Tacikistan və Qırğızıstan təxminən 11 km dövlət sərhədi barədə razılığa gəliblər

Tacikistan və Qırğızıstan təxminən 11 km dövlət sərhədi barədə razılığa gəliblər

Bakı. TurkicWorld:

Tacikistan və Qırğızıstan təxminən 11 km dövlət sərhədi barədə razılığa gəliblər.

TurkicWorld-un məlumatına görə, əldə olunmuş razılığa əsasən, 12-17 mart 2024-cü il tarixlərində Tacikistanın Buston şəhərində Tacikistan və Qırğızıstan hökumət nümayəndə heyətlərinin sərhədlərin müəyyən edilməsi və delimitasiyası məsələləri və işçi qruplarının topoqrafik işçi qruplarının növbəti iclası keçirilib.

Topoqrafik işçi qrupları Tacikistan-Qırğızıstan dövlət sərhədinin 10,76 km-də razılığa gəliblər.

Tərəflər Qırğızıstanda keçiriləcək növbəti görüşdə qalan sahələrin müəyyənləşdirilməsi istiqamətində işləri davam etdirəcəklər.

İclas müvafiq protokolun imzalanması ilə başa çatıb.