Bakı. TurkicWorld:
"Falcon" daşıyıcı raketi "Starlink" sisteminin qlobal İnternet əhatə dairəsinin orbital qrupunu artırmaq üçün 54 mini peykdən ibarət daha bir partiya ilə orbitə çıxacaq.
TurkicWorld-un məlumatına görə, bu barədə "SpaceX" şirkətindən bildiriblər.
Buraxılış Florida ştatının Kanaveral burnunda yerləşən ABŞ Kosmik Qüvvələri bazasındakı 40-cı start kompleksindən ABŞ-ın Şərq sahilləri vaxtı ilə saat 00:15-də baş tutacaq.
Bu, "Starlink" layihəsi çərçivəsində 2019-cu ilin may ayından etibarən internet peyklərinin 94-cü, bu ilin əvvəlindən isə 25-ci buraxılışıdır. "SpaceX" artıq bu peyklərdən 4,7 mindən çoxunu orbitə çıxarıb.