Aİ və ÜST COVID-pasportları bazasında ümumdünya rəqəmsal sağlamlıq sertifikatı yaratmağı təklif ediblər

Aİ və ÜST COVID-pasportları bazasında ümumdünya rəqəmsal sağlamlıq sertifikatı yaratmağı təklif ediblər

Bakı. TurkicWorld:

Avropa İttifaqı və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün dünya üzrə Aİ-nin rəqəmsal COVID sertifikatlarından istifadə təcrübəsini yaymaq və gələcək pandemiyalara hazırlıq üçün rəqəmsal sağlamlıq sertifikatlarının ümumdünya sistemini yaratmaq məqsədilə səhiyyə sahəsində səylərini birləşdiriblər.

TurkicWorld bazar ertəsi xəbər verir ki, bu barədə Avropa Komissiyası və ÜST-nin birgə bəyanatında deyilir.

ÜST səyyarlığın yaxşılaşmasına və bütün dünyadakı vətəndaşların mövcud və gələcək tibbi risklərdən müdafiəsinə imkan yaradacaq qlobal sistem yaratmaq üçün 2023-cü ilin iyununda Aİ-nin elektron COVID sertifikatlar sistemindən istifadə etməyi planlayır. Bunun birinci mərhələsi müxtəlif xəstəliklərə qarşı vaksinasiya sertifikatları üzrə vahid standartın müəyyən edilməsindən, həmçinin gələcək pandemiyalarla səmərəli mübarizə üçün şəraitin yaradılmasından ibarət olacaq.

Elektron sertifikatların qlobal sisteminin hamı üçün ən yaxşı səhiyyənin təmin edilməsinə yönəlmiş geniş spektrli rəqəmsal xidmətlərin yaradılmasının təməlini təşkil edəcəyi gözlənilir. Avropa Komissiyası gələcəkdə müxtəlif ölkələr və regionlar arasında qarşılıqlı fəaliyyəti və məlumat mübadiləsini asanlaşdıracaq vahid standartın vacibliyini vurğulayır.

Aİ və ÜST arasında bu əməkdaşlıq tibbi risklər və pandemiyalarla əlaqəli mövcud və gələcək çağırışlara qarşı səmərəli cavab tədbiri görmək üçün səhiyyə sahəsində qlobal koordinasiya və əməkdaşlıq səylərini əks etdirir. Ümumdüyna rəqəmsal sağlamlıq sertifikatları sisteminin yaradılması təklifi bütün dünyada əhalinin təhlükəsizliyinin və rifahının təmin edilməsi istiqamətində mühüm addımdır.