Britaniya 2050-ci ilədək daşınma sahəsində tullantıların səviyyəsini sıfıra çatdırmaq niyyətindədir

Britaniya 2050-ci ilədək daşınma sahəsində tullantıların səviyyəsini sıfıra çatdırmaq niyyətindədir

Bakı. TurkicWorld:

Böyük Britaniya 2050-ci ilədək daşınma sahəsində istixana qazı tullantılarının sıfır səviyyəsinə nail olmaq üzrə qlobal səylərin möhkəmlənməsinə tərəfdar olduğunu təsdiqləmək niyyətindədir.

TurkicWorld xəbər verir ki, bunu Böyük Britaniyanın nəqliyyat naziri Mark Harper 24 may 2023-cü il tarixində Leypsiqdə keçirilən Beynəlxalq Nəqliyyat Forumunun illik sammitində deyib.

"Həmçinin 2030 və 2040-cı illər üçün tullantıların azaldılması üzrə beynəlxalq səviyyədə aralıq hədəf göstəricilərin razılaşdırılması üzərində işləməyi və 2025-ci ilədək tullantıların azaldılması üzrə qısamüddətli tədbirlər qəbul etməyi öhdəmizə götürürük. Qəbul edirik ki, ambisiyalarımızın reallaşdırılmasında həm dövlət, həm də özəl sektor mühüm rol oynayacaq. Dekarbonizasiya üzrə həllərin təşviqi üçün özəl sektordan tərəfdaşlarla əməkdaşlıq etməyi öhdəmizə götürürük", - o deyib.

Harper qeyd edib ki, karbonsuzlaşdırma üzrə həlləri nəqliyyat istifadəçilərinin tələbatlarına uyğunlaşdırmaq vacibdir.

"Bu məqsədlə rasional səyahət seçiminə imkan yaradan siyasət hazırlayırıq. Dekarbonizasiya siyasətimizin həm də sağlamlığımız, iqtisadiyyat, həmçinin yaşadığımız və işlədiyimiz yerlər üçün geniş faydalar təmin etməsinin qeydinə qalacağıq", - deyə o əlavə edib.