Son dəqiqə

Fransa Marsel

Marseldə atışma nəticəsində 3 nəfər ölüb

Bakı. TurkicWorld:

Fransanın Marsel şəhərində gecə klubunun qarşısında atışma olub.

TurkicWorld xəbər verir ki, bu barədə "BFM" telekanalı məlumat yayıb.

Məlumata əsasən, naməlum şəxs avtomobillə keçərkən yol kənarında duran avtomobilə atəş açıb. Həmin avtomobildə 5 nəfər olub.

Hadisə nəticəsində onlardan 3-ü həlak olub, 2-nin vəziyyəti barədə məlumat verilmir.

Qeyd edilir ki, şübhəli hələ də həbs edilməyib. Hadisədən bir müddət sonra onun avtomobili yanmış halda tapılıb.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

Mövzuya görə xəbərlər