Son dəqiqə

Bakı Təşəbbüs Qrupu

Fransa müstəmləkələrindən olan KİV nümayəndələri Şəhidlər Xiyabanını ziyarət edib

Bakı. TurkicWorld:

Fransız müstəmləkələrindən olan KİV nümayəndələri Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canlarını fəda etmiş insanların xatirəsini anmaq üçün Bakıda Şəhidlər Xiyabanını ziyarət ediblər.

Bu barədə TurkicWorld-a Bakı Təşəbbüs Qrupunun nümayəndəliyindən məlumat verilib.

“Bu mühüm an, müstəqillik naminə canından keçənlərin cəsarəti və mətanəti haqqında düşünmək üçün bir fürsət oldu. Ziyarət azadlığa gedən yolun heç vaxt asan olmadığını - onun fədakarlıq, qətiyyət və sarsılmaz ruh üzərində qurulduğunu xatırlatdı”, - Bakı Təşəbbüs Qrupunun "X" sosial şəbəkəsindəki paylaşımında qeyd olunub.

Mövzuya görə xəbərlər