Ağdam. TurkicWorld:
Bildiyimiz kimi fevral ayının 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.
Bu isə o deməkdir ki, artıq Azərbaycan xalqı yeni bir tarixi yazmağın astanasındadır. Belə ki, ilk dəfə olaraq suverenliyimizin bərpasından sonra bütöv Azərbaycan ərazisində növbədən kənar Prezident Seçkiləri keçiriləcək.
Bu da müstəqil və bütöv Azərbaycan tarixində yeni dövrün başlanğıcı anlamına gəlir.
İlk dəfə olaraq müstəqil həyatımızda seçkilər ərazilərimizin hər bir yerində keçiriləcək.
TurkicWorld xəbər verir ki, bu məqsədlə Trend İnformasiya Agentliyi-nin Qarabağ bürosu növbəti reportajı Ağdamdan hazırlayıb.
Edilən açıqlamalar və görülən hazırlıq prosesi deməyə əsas verir ki, ağdamlı seçicilər seçkiyə yüksək əhval-ruhiyə ilə gedəcək.
Sözügedən videoreportajı təqdim edirik: