Füzuli. TurkicWorld:
2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsində əldə olunmuş şanlı Zəfər, 2023-cü ildə həyata keçirilmiş lokal antiterror tədbirləri Azərbaycan dövləti və xalqı üçün yeni bir gələcək, yeni bir inkişaf mərhələsinin əsasını qoydu.
Bunların fonunda ölkəmiz növbəti ictimai-siyasi tarixi hadisənin astanasındadır. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq fevralın 7-də bütün ölkə ərazisində prezident seçkiləri keçiriləcək.
Trend İnformasiya Agentliyi 30 il sonra işğaldan azad edilən ərazilərdə ilk seçki ilə bağlı seçki məntəqələrindən və doğma yurduna qayıdan sakinlərdən hazırlanan növbəti videoreportajına daha birini əlavə edib.
Növbəti dayanacağımız Füzuli şəhəridir!
Sözügedən reportajı təqdim edirik: