Bakı, TurkicWorld
Fransada keçirilən XVII Yay Paralimpiya Oyunlarında özbəkistanlı Asilə Mirzəyorova qızıl medal qazanıb.
TurkicWorld xəbər verir ki, qadınlar arasında uzunluğa tullanma yarışında (T11 sinif) Asilə ilk cəhddə 5,22 metr nəticə göstərərək bütün rəqiblərini qabaqlayıb, beşinci cəhddə isə 5,24 metr məsafəyə tullanmaqla rekordunu yeniləyib.
O, həmçinin 1996-cı ildə Atlantada keçirilən Paralimpiya Oyunlarında qeydə alınan 5 metr 7 santimetrlik İspan Ortisin rekordunu da yeniləyib.
Qeyd edək ki, kişilər arasında 100 metr məsafəyə arxası üstə üzmə üzrə C13 dərəcəli yarışda özbəkistanlı Kirill Pankov 1 dəqiqə 03,31 saniyə nəticə ilə finala vəsiqə qazanıb.
Kişilər arasında 10 metr məsafəyə tapançadan para-atış yarışında isə Server İbrahimov 562 xal toplayaraq finala vəsiqə qazanıb.
Məlumat üçün qeyd edək ki, indiyədək Özbəkistan nümayəndə heyəti öz hesabına 1 qızıl, 2 gümüş və 1 bürünc medal yazdırıb.
Hafiz Rufizoğlu