Bakı, TurkicWorld:
Rusiya ilə Özbəkistan arasında Özbəkistanda aşağı gücə malik atom elektrik stansiyasının tikintisinə dair müqavilə imzalanıb.
TurkicWorld xəbər verir ki, bu barədə razılaşma Rusiya prezidenti Vladimir Putin rəsmi səfərdə olduğu Özbəkistanın paytaxtı Daşkənddə Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə görüşü zamanı əldə edilib.
“İqtisadi əlaqələrimizdəki artım çox təsir edicidir. Bizim ticarət dövriyyəmiz keçən il təxminən 30 faiz artıb”, - deyə Putin bildirib.
Mirziyoyev isə səfərin iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərində yeni bir dövrün başlanğıcından xəbər verdiyini qeyd edib.