Özbəkistanda əhalinin orta ömür uzunluğu 74,7 il olub

Özbəkistanda əhalinin orta ömür uzunluğu 74,7 il olub

Bakı. TurkicWorld:

2023-cü ilin sonunda Özbəkistan əhalisinin orta ömür uzunluğu 74,7 il təşkil edib.

TurkicWorld xəbər verir ki, bu haqda Özbəkistan Respublikasının Prezidenti yanında Statistika Agentliyi məlumat verib.

Məlumatda bildirilib ki, kişilər üçün orta ömür uzunluğu 72,5 il, qadınlar üçün isə 76,9 yaş təşkil edib.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Özbəkistan əhalisinin orta ömür uzunluğu 73,8 il olub.