Tokayev Özbəkistana işgüzar səfər edib

Tokayev Özbəkistana işgüzar səfər edib

Bakı. TurkicWorld:

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Özbəkistana işgüzar səfər edib.

TurkicWorld xəbər verir ki, Tokayev Özbəkistan prezidenti Şavkat Mirziyoyev tərəfindən Urgenç hava limanında qarşılanıb.

Məlumata əsasən, səfər proqramına iki ölkə prezidentlərinin qeyri-rəsmi görüşü, Xivə şəhərinin mədəniyyət obyektlərinə birgə səfəri daxildir.

X: Lamanasadli01