Özbəkistan ticarət evi Cənubi Koreyada qeydiyyatdan keçib

Özbəkistan ticarət evi Cənubi Koreyada qeydiyyatdan keçib

Bakı. TurkicWorld:

Özbəkistan ticarət evi Cənubi Koreyada qeydiyyatdan keçib.

TurkicWorld xəbər verir ki, burada Özbəkistan istehsalçılarının geniş çeşiddə məhsullarının (yeyinti, meyvə-tərəvəz, tekstil, ipək məmulatları, kimya, keramika, zərgərlik məmulatları) nümayiş olunacağı sərgi salonun açılması planlaşdırılır.

Bu layihə iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, Özbəkistanın ixrac imkanlarının inkişafına dəstək, yerli məhsulların, o cümlədən yüksək əlavə dəyəri olan məhsulların Cənubi Koreya bazarında təşviqi, habelə reklam kampaniyalarının təşkili, ixracın həcminin və çeşidinin genişləndirilməsi, Cənubi Koreyada keçirilən müxtəlif sərgilərdə iştirak etmək istəyən sahibkarlara köməklik göstərəcək.

Hafiz Rufizoğlu