Qırğızıstan və Özbəkistan diplomatiya sahəsində əməkdaşlığı genişləndirir

Qırğızıstan və Özbəkistan diplomatiya sahəsində əməkdaşlığı genişləndirir

Bakı. TurkicWorld:

Qırğızıstan və Özbəkistan ictimai diplomatiya sahəsində əməkdaşlığı genişləndirir.

TurkicWorld xəbər verir ki, bu barədə razılaşma Qırğızıstan Xalqları Assambleyasının Oş regional bölməsinin rəhbəri Berdiqul Karaev ilə Özbəkistanın Oş şəhərindəki Baş Konsulluğunun nümayəndələrinin görüşü zamanı əldə edilib.

Məlumata əsasən, görüşdə ictimai diplomatiya mexanizmindən istifadə edərək Qırğızıstanda yaşayan müxtəlif millətlərin nümayəndələrinin dinc və firavan həyatının qorunub saxlanılması, onlarla dostluq və mədəni-maarif əlaqələrinin inkişaf etdirilməsi ilə məşğul olan assambleyanın fəaliyyəti barədə məlumat verilib.

Özbəkistan milli mərkəzləri ilə əməkdaşlığın intensivləşdirilməsinə, onların iştirakı ilə müxtəlif tədbirlərin təşkilinə xüsusi diqqət yetirilib.

Xatırladaq ki, Qırğızıstan Xalqları Assambleyası 1994-cü ilin yanvarında yaradılıb. Assambleyanın əsas məqsədi cəmiyyətdə millətlərarası harmoniyanın, vətəndaş rifahının və birliyinin möhkəmlənməsinə hərtərəfli yardım etməkdir.

X: Lamanasadli01