Qətər Özbəkistan Texniki Konfransına ev sahibliyi edib

Qətər Özbəkistan Texniki Konfransına ev sahibliyi edib

Bakı, TurkicWorld:

Qətər-2024 Veb Sammiti çərçivəsində Özbəkistanın Qətərdəki səfirliyində “Özbəkistan Texnologiya Konfransı” keçirilib.

TurkicWorld xəbər verir ki, tədbirdə informasiya texnologiyaları və innovasiyalar sahəsində əməkdaşlığın qurulması, xarici şirkətlərin Özbəkistana cəlb edilməsi və yerli şirkətlərin qlobal bazarda tanıdılması üçün ölkənin yeni İT mərkəzi kimi tanıdılması müzakirə edilib.

Qeyd edək ki, tədbirdə Özbəkistanın qlobal iş dünyasındakı rəqabət üstünlükləri haqqında və iştirakçılara Özbəkistanda İT və innovasiya sektorunun dəstəklənməsi üçün yaradılmış hərtərəfli imkanlar barədə məlumat verilib.

Həmçinin tədbirdə Özbəkistanda İT biznesinin aparılması ilə bağlı təcrübələr bölüşülüb, ölkədə sənayenin sürətli inkişafından danışılıb.

Tədbirdən sonra bütün konfrans iştirakçıları Daşkənddə keçirilən Offshore Outsourcing Tour-da iştirak ediblər.