Şavkat Mirziyoyev Rusiyaya rəsmi səfər edib

Şavkat Mirziyoyev Rusiyaya rəsmi səfər edib

Bakı. TurkicWorld:

Dekabrın 25-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin liderlərinin qeyri-rəsmi sammitində iştirak etmək üçün Sankt-Peterburqa işgüzar səfər edib.

TurkicWorld-un məlumatına görə, tədbir çərçivəsində MDB ölkələrinin rəhbərləri ilin əsas yekunlarını müzakirə edəcək və MDB məkanında çoxtərəfli əməkdaşlığın gələcək inkişafının cari məsələlərini nəzərdən keçirəcəklər.

Qeyd edək ki, 2023-cü ildə MDB-yə sədrliyi Qırğızıstan Respublikası edib. 2024-cü ildən isə Birliyə sədrlik Rusiya Federasiyasına keçir.

Aytac Süleymanova

Twitter: a_alieva_