Türkmənistan XİN rəhbəri BƏƏ-yə səfər edib

Türkmənistan XİN rəhbəri BƏƏ-yə səfər edib

Bakı. TurkicWorld:

Türkmənistanın xarici işlər naziri Rəşid Meredov Birləşmiş Ərəb Əmirliklərinə səfər edib.

TurkicWorld-un məlumatına görə, Meredov səfər çərçivəsində BƏƏ-nin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Məhkəməsinin sədri Şeyx Mənsur bin Zayed Əl Nəhyan ilə görüşüb.

Görüş zamanı tərəflər, Türkmənistan və BƏƏ arasında siyasi, ticarət, iqtisadi, mədəni və humanitar sahələrdə bir sıra mühüm məsələləri müzakirə ediblər.

Meredov eyni zamanda Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail bin Mohammed Al Mazrouei ilə də görüşüb.

Tərəflər iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, xüsusilə təbii qaz, elektrik enerjisi, bərpa olunan enerji resursları, nəqliyyat və logistika sahələrində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Görüşdə əvvəllər əldə edilmiş və imzalanmış razılaşmaların gələcəkdə də həyata keçirilməsinə dair konstruktiv fikir mübadiləsi aparılıb.

Məlumat üçün qeyd edək ki, Türkmənistan nümayəndə heyətinin BƏƏ-yə səfəri davam edir.

Hafiz Rufizoğlu