Son dəqiqə

Türkmənistan Həştərxan

Həştərxan Türkmənistanla müntəzəm nəqliyyat xətti açmaqda maraqlıdır

Bakı. TurkicWorld:

Həştərxan Türkmənistanla müntəzəm nəqliyyat xətti açmaqda maraqlıdır.

TurkicWorld-un məlumatına görə, Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ilə Aşqabadda Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov arasında görüş keçirilib.

Görüş zamanı Türkmənbaşı Beynəlxalq Limanının imkanlarından istifadə və Həştərxan vilayətinin limanları ilə əlaqələrin inkişafı məsələləri də müzakirə olunub.

Türkmənistan prezidenti qeyd edib ki, Rusiya ilə, o cümlədən onun regionları ilə konstruktiv dialoqun gücləndirilməsi və daha da genişləndirilməsi Türkmənistanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

Həştərxan vilayətinin qubernatoru bildirib ki, Həştərxan Türkmənistanla yeni yükdaşıma həcmlərinə çatmağa və Həştərxan kənd təsərrüfatı məhsullarını ixrac etməyə imkan verəcək müntəzəm nəqliyyat xəttinin açılmasında maraqlıdır.

"Qarşılıqlı ticarətin həcminin artırılması, dənizçilik və turizmin inkişafı, gəmiqayırma sahəsində əməkdaşlıq və əlaqələrimizin möhkəmləndirilməsi əməkdaşlığımızın əsas istiqamətləridir”, - deyə Babuşkin vurğulayıb.

Mövzuya görə xəbərlər