Bakı. TurkicWorld:
Türkmənistan Avropa İttifaqı ilə dialoqun gücləndirilməsinə böyük əhəmiyyət verir.
TurkicWorld-un məlumatına görə, Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Nyu-Yorkda Avropa İttifaqının prezidenti Çarlz Mişel ilə görüşüb.
Prezident Sərdar Berdiməhəmmədov qeyd edib ki, Türkmənistan Aİ ilə dostluq əlaqələrinin və konstruktiv dialoqun möhkəmləndirilməsinə böyük önəm verir və bu, ildən-ilə genişlənir və əməkdaşlığın yeni sahələrini əhatə edir.
Görüş zamanı Türkmənistanın beynəlxalq strukturla həm ikitərəfli formatda, həm də “Avropa İttifaqı – Mərkəzi Asiya” Dialoqu çərçivəsində uğurla əməkdaşlıq etdiyi vurğulanıb.
Eyni zamanda, Avropanın aparıcı şirkətlərinin Türkmənistanda bir çox sektorlarda - energetika, nəqliyyat, elektrik enerjisi, tikinti və rabitə sahələrində təmsil olunduğu qeyd olunub.
Qeyd edək ki, BMT Baş Assambleyasının 78-ci sessiyası 19-25 sentyabr tarixlərində Nyu-Yorkda keçiriləcək.
Aytac Süleymanova
Twitter: a_alieva_