Türkiyənin müxalifət partiyası üzvünün avtomobilində seçki bülleteni aşkarlanıb

Türkiyənin müxalifət partiyası üzvünün avtomobilində seçki bülleteni aşkarlanıb

Bakı. TurkicWorld:

Türkiyənin müxalifət partiyası Cumhuriyət Xalq Partiyası (CHP) Konya Dərbənd bölgə sədri Salih Çakıllıkoyakın avtomobilində 41 prezident və parlament seçki bülleteni nümunəsi tapılıb.

TurkicWorld-un məlumatına görə, hadisə ilə bağlı istintaq başladılıb.

Polis əməkdaşları Çakıllıkoyakın avtomobilində CHP-yə möhürlü seçki bülletenlərinin olması haqqında məlumat əldə etdikdən sonra hərəkətə keçiblər.

Məlumat üçün bildirək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Twitter: @rufizoglu