Bakı, TurkicWorld:
Türkiyənin müxalifət Memleket partiyasının sədri Muharrem İncənin şantaj xarakterli qurma görüntülərini ifşa edən şəxsin FETÖ terror təşkilatının fərarisi Metin Güler olduğu açıqlanıb.
TurkicWorld xəbər verir ki, onun 15 iyul 2016-cı ildə FETÖ hadisələrindən sonra Almaniyaya qaçdığı bildirilir.
Qeyd edək ki, Türkiyənin Memleket Partiyasının sədri Muharrem İncə mayın 11-də prezident namizədliyindən geri çəkidiyini açıqlayıb.
Məlumat üçün bildirək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.
Xatırladaq ki, 2016-cı il 15 iyulda Türkiyə Silahlı Qüvvələrinin tərkibinə sızan FETÖ terror təşkilatının üzvləri Ankara və İstanbulda dövlət çevrilişinə cəhd edib. 8 mindən çox hərbi qulluqçu, 35 təyyarə, 3 gəmi, 37 helikopter, 246 zirehli texnika, o cümlədən 74 tank və 4 minə yaxın silahdan istifadə edilən çevriliş cəhdi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə meydanları dolduran vətəndaşların dəstəyi ilə aradan qaldırıldı.
Çevrilişin rəhbəri kimi uzun illərdir ABŞ-da yaşayan və din xadimi kimi tanıdılan Fətullah Gülən və tərafdarının adı çəkilir.
Ləman Əsədli
Twitter: lamanasadli01







