Türkiyənin müxalifət partiyası Ərdoğanı və Cumhur İttifaqını dəstəkləyir

Türkiyənin müxalifət partiyası Ərdoğanı və Cumhur İttifaqını dəstəkləyir

Bakı, TurkicWorld:

Türkiyənin Səadət partiyası müxalifət olsa da 14 mayda keçiriləcək seçkilərdə prezident Rəcəb Tayyib Ərdoğanı və Cumhur İttifaqını dəstəkləyir.

TurkicWorld xəbər verir ki, Türkiyənin "Milli Görüş" ideologiyasının banisi Nəcməddin Ərbakanın həmkarları və bu ideologiyanın ən önəmli simalarının da yer aldığı "73 Selamet Kuşağı Akıncıları" bu barədə açıqlama verib.

Məlumata əsasən, onlar Türkiyənin müxalifət Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunu və onun yaratdığı Millət İttifaqını dəstəkləməyəcəklərini bildirib.

Məlumat üçün bildirək ki, Türkiyədə Prezident və parlament seçkiləri 14 may 2023-cü il tarixində keçiriləcək. Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan, Ata İttifaqının namizədi Sinan Oğan və Cumhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi təsdiqlənib.

Ləman Əsədli

Twitter: lamanasadli01