Türkiyə nailiyyətlərilə beynəlxalq arenada tarix yazır - Fuat Oktay

Türkiyə nailiyyətlərilə beynəlxalq arenada tarix yazır - Fuat Oktay

Bakı. TurkicWorld:

Türkiyə nailiyyətlərilə beynəlxalq arenada tarix yazır.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin vitse-prezidenti Fuat Oktay jurnalistlərə açıqlamasında bildirib.

"Bütün işlərimizdə millətin iradəsini üstün tutaraq, millətin ehtiyaclarını, gözləntilərini və gələcəyini düşünərək hərəkət etdik. Müdafiə sənayesindən milli enerji addımlarına, ixrac rekordlarına qədər uğurlarımız davam edir",- deyə o bildirib.

Fuat Oktay qeyd edib ki, müdafiə sənayemiz daim inkişaf edir, təkmilləşir. Türkiyə demək olar ki, xarici asılılığına son qoyub.

"Türkiyə Əsri yeni təbii qaz kəşfləri, nüvə stansiyaları və artan, bərpa olunan enerji əsri olacaq. Biz yeni üfüqlərə doğru irəliləyirik”, - deyə vitse-prezident vurğulayıb.