Son dəqiqə

Azərbaycan Türkiyə Vəfa Aktuz

Milli Mübarizənin ağır günlərində Türkiyəyə ən mühüm dəstəyi məhz Azərbaycan göstərib - Vəfa Aktuz

Bakı, TurkicWorld:

Bir neçə gün əvvəl əlində xeyriyyə kartı ilə “5-10 ildən sonra Fələstinə, Azərbaycana və Türk dövlətlərinə zəkatlarımızı verməyə gedəcəyik” açıqlamasını verən Millət İttifaqını təmsil eden CHP millət vəkili, eyni zamanda CHP sədr müavini, tarixdən heç bir məlumatı olmayan Özgür Özelə ilk öncə tarixi faktları xatırlatmaq istəyirəm.

Milli Mübarizənin ağır günlərində Türkiyəyə ən mühüm dəstək məhz Azərbaycandan gəlib, belə ki, Azərbaycan Anadoluya neft məhsulları yardımı edən yeganə ölkə idi.

Türkiyənin Çanaqqala savaşında şəhid olan 3 min Azərbaycan türkü Anadolulu qardaşları ilə birlikdə məzarlarında uyuyur. Azərbaycanlılar yeri gəldi Türkiyə üçün canından da keçdi və bu gün də canından keçməyə hazırdır. Çünki bu vətən onların da vətənidir.

Mustafa Kamal Paşa 1920-ci ildə Şərq Cəbhəsi komandanı Kazım Qarabəkir Paşaya məktub yazaraq əllərində heç pul qalmadığını, pul tapmaq üçün heç bir qaynaq olmalıdığını və yeni qaynaqlar tapılana qədər Azərbaycan hökumətindən borc almağı xahiş etdi. Kazım Qarabəkir paşa bu xahişi dərhal o vaxtkı Azərbaycan hökumətinə çatdırdı.

O dövrün Azərbaycan hökumətinin rəhbəri Nəriman Nərimanovun xüsusi tapşırığı ilə Azərbaycan Respublikasının xarici işlər naziri Mirzə Davud Hüseynov Türkiyə Böyük Millət Məclisinin Sədrliyinə “Bundan sonra Azərbaycan hökuməti qardaş türk xalqının davam etdirdiyi istiqlal savaşı müddətində Türkiyənin istiqlal mübarizəsində həyatını itirmiş hərbçilərin övladlarına sığınacaqlar (yetimlər evi) üçün hər ay 62 vaqon neft və 3 vaqon ağ neft göndərməyi öhdəsinə götürüb" , - deyə teleqram yazdı. Azərbaycan N. Nərimanovun prezidentliyi dövründə sona qədər bu öhdəliyinə sadiq qaldı.

Amma Milli Mübarizə heç də asan deyildi və maliyyə imkanları çox məhdud idi. 1921-ci ildə Mustafa Kamal paşa Azərbaycan hökumətinin başçısı N. Nərimanova növbəti məktub göndərərək yenidən borc istəməli oldu. Məktubu 1921-ci il martın 17-də Türkiyə Böyük Millət Məclisinin Bakı səfiri Memduh Şövkət bəy Nərimanova çatdırdı və N.Nərimanov Mustafa Kamal Paşanın xahişinə Azərbaycan hökuməti daxilindəki bəzi kommunist anti-Türkiyə nazirlərinin etirazına baxmayaraq müsbət cavab verdi. Beləliklə, 500 kilo qızıl dərhal Ankaraya çatdırıldı. Milli Məclis hökuməti bu qızılın 200 kiloqramını dövlət büdcəsinə ayırdı, qalan məbləğ isə silah- sursat almaq üçün istifadə olundu.

N. Nərimanov 1921-ci il martın 23-də Atatürkə yazdığı cavab məktubunda TBMM hökumətini, onun sədrini və türk ordusunu qələbələrə görə təbrik edir və “Paşa, Türk millətinin bir ənənəsi var. Qardaş qardaşa borc vermir, qardaş həmişə qardaşının əlindən tutur. Biz qardaşıq, hər zaman sizin əlinizdən tutacağıq və bu hər zaman belə olacaq”, -deyə bildirib.

Bundan başqa, Azərbaycan 1922-ci ildə Türkiyəyə 9 min tondan çox kerosin və 350 ton benzin göndərib.

Özgür Özelin çıxışları CHP rəhbərliyi dövründə Birinci Qarabağ müharibəsində mülki insanları çıxarmaq üçün iki vertolyotu çox gördükləri Boraltan körpüsü hadisəsini xatırladır.

Bundan əlavə, CHP-nin sədr müavini, keçmiş Bakı səfiri Ünal Çeviközun “Türkiyə cihadçı qrupları Azərbaycana köçürür” kimi əsassız ittihamlarını da xatırlatmaq istərdim.

Özgür bəy, Azərbaycan cəmiyyəti əlinizdəki kartı silkələməklə özünüzü necə aşağıladığınızı yaxşı görür. Gözünüzün heç vaxt doymayacağını yaxşı bildiyi üçün sizdən heç nə gözləmir. Aclıq bir il çəkir, amma belə biabırçılığın sonu yoxdur.

Bu gün əsl qardaşlıq münasibətlərinin davamını indiki hakimiyyət dönəmində yaşayırıq və bir daha gördük ki, Türkiyə Azərbaycanı haqq savaşında tək qoymadı. II Qarabağ müharibəsi dövründə Azərbaycana PUA və dronları ilə yardım etdi.

Türkiyə müxalifəti unutmasın ki, Azərbaycan neft və qazı ilə məşhur olan zəngin bir ölkədir. Azərbaycanın heç kəsin yardımına ehtiyacı yoxdur və qardaş ölkə Türkiyə ilə son loxmasını da bölməyə hazırdır.

Özgür Özelden bu çıxışı üçün dərhal üzr istəməsini tələb edirəm.

Yaşasın bir millət, iki dövlət!

Yenidən Rifah Partiyasının İstanbul 1-ci bölgə millət vəkili namizədi, partiyanın Xarici Əlaqələr üzrə vitse-prezidenti və Türkiyədə yaşayan azərbaycanlı Vəfa Aktuz xüsusi olaraq AzerPress üçün.

Ləman Əsədli

lamanasadli01

Mövzuya görə xəbərlər