Son dəqiqə

Türkiyə İstanbul Murat Kurum

Beş il ərzində ümumilikdə bir milyondan çox yaşayış məntəqəsini transformasiya etməyi hədəfləyirik – Murat Kurum

Bakı. TurkicWorld:

Türkiyənin İstanbul şəhərində beş il ərzində ümumilikdə 1 milyon 500 min yaşayış məntəqəsini transformasiya etməyi hədəfləyirik.

TurkicWorld-un məlumatına görə, bunu Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Naziri Murat Kurum canlı yayım proqramında gündəmlə bağlı sualları cavablandırarkən qeyd edib.

"İstanbulda tranformasiya ediləcək evlər iki il ərzində tamamlanacaq. Bu müddətdə vətəndaşlarımız 10 min 500 lirəsi köçürmə yardımı və 5 min 250 lirə aylıq kirayə yardımı alacaqlar"- deyə nazir qeyd edib.

O bildirib ki , bu kampaniya çərçivəsində beş il ərzində ümumilikdə 1 milyon 500 min yaşayış məntəqəsini transformasiya etməyi hədəfləyiblər.

Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında 21 ildir verdikləri vədlərə əməl etdiklərini ifadə edən Qurum, bu günə qədər vətəndaşlardan 20 min müxtəlif müraciətin daxil olduğunu, onlardan 18 mininin yerinə yetirildiyini bildirib.

Mövzuya görə xəbərlər