TUSAŞ Türkoğlu vilayətində fabrika tikəcək

TUSAŞ Türkoğlu vilayətində fabrika tikəcək

Bakı. TurkicWorld:

TUSAŞ Türkoğlu vilayətində fabrika tikəcək.

TurkicWorld-un məlumatına görə, bu barədə TUSAŞ İdarə Heyətinin sədri Prof. Dr. Bozdoğan məlumat verib.

"TUSAŞ olaraq bölgədə daimi sərmayələr üzərində işləməyi planlaşdırırıq. Burada təxminən 1 milyard lirə büdcə ilə təyyarə hissələri istehsal edən fabrika qurmağa, 100-200 nəfərlik məşğulluq yaratmağa çalışacağıq. İlk növbədə 500 nəfərə qədər insan çalışacaq", - deyə sədr bildirib.

Əsrin fəlakətində minlərlə insanın həyatını itirdiyini və bundan kədərləndiklərini ifadə edən Bozdoğan, dövlətin və millətin əməkdaşlığı ilə yaraların sağalacağına inandığını ifadə edib.

"Zəlzələdən dərhal sonra qruplarımız 3-4 saat ərzində Ankaradan zəlzələ bölgəsinə gəldi, bölgədəki xilasetmə qruplarına kömək etdi və özləri xilasetmə əməliyyatlarına başladılar. Bölgəyə nə lazımdırsa, təmin edildi. Yardım məsələlərilə bağlı Müdafiə Sənaye Başkanlığımız (SSB), TUSAŞ, ASELSAN, ROKETSAN və Türkiyə Silahlı Qüvvələrini Gücləndirmə Fonduna bağlı digər şirkətlər bir araya gəldilər", - deyə Bozdoğan qeyd edib.