Bayraktar KIZILELMA daha bir uçuş testini uğurla başa vurub

Bayraktar KIZILELMA daha bir uçuş testini uğurla başa vurub

Bakı. TurkicWorld:

Türkiyənin Baykar şirkətinin milli və yerli imkanlarla hazırladığı Bayraktar KIZILELMA pilotsuz döyüş təyyarəsi uçuş testlərini tamamlayıb.

TurkicWorld xəbər verir ki, Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi KIZILELMA səkkizinci Uçuş Testini uğurla başa vurub.

O, uçuş-enmə zolağında aşağı hündürlükdə 630 km/saat sürətlə sınaq manevrləri həyata keçirib.

Məlumat üçün qeyd edək ki, bu uğurlu testdə yüksək sürətli uçuş və manevr sınaqları, eləcə də ardıcıl uçuş və eniş və ötürmə sınaqları həyata keçirilib.