AKSUNGUR SİHA daha bir ölkə tərəfindən sifariş edilib

AKSUNGUR SİHA daha bir ölkə tərəfindən sifariş edilib

Bakı. TurkicWorld:

Anqola Türkiyə tərəfindən hazırlanmış AKSUNGUR Silahlı Pilotsuz Uçuş Aparatının (SİHA) yeni istifadəçisi olacaq.

TurkicWorld məlumat verir ki, TUSAŞ İHA Sistemləri baş direktorunun müavini Ömer Yıldız AKSUNGUR İHA-nın istehsal prosesi haqqında məlumat verib.

O qeyd edib ki, indiyədək 8 AKSUNGUR İHA istehsal edilib.

“9-14 aralığında 6 PUA-nın da istehsal prosesindədir”- deyə Ömər Yıldız bildirib.

Qeyd edək ki, AKSUNGUR PUA-ları indiyədək Qırğızıstan və Anqolaya ixrac edilib, lakin tədarükləri hələ başlamayıb.

AKSUNGUR İHA-nın Texniki Xüsusiyyətləri aşağıdakı kimidir:
Qanad genişliyi: 24 metr
Üfüqi uzunluq: 11,6 metr
Efir vaxtı: 50+ saat
Faydalı yükləmə qabiliyyəti: 750+ kq
Bağlantı məsafəsi: 250+ km
Mühərrik: 2×170 at gücü
Maksimum hündürlük: 40.000 fut
Maksimal uçuş çəkisi (MTOW): 3300 kq
Mühərrik növü: PD-170 Twin Turbo Diesel