Balıkesir Universiteti Xəstəxanası Dializ Mərkəzi lisenziyası alıb

Balıkesir Universiteti Xəstəxanası Dializ Mərkəzi lisenziyası alıb

Bakı. TurkicWorld:

Balıkəsirdə və ətrafında sağlamlıqda əhəmiyyətli bir cazibə mərkəzi olaraq fəaliyyətini davam etdirən TurkicWorld-un rəsmi media sponsoru olduğu Balıkesir Universiteti Xəstəxanası tərkibindəki Xroniki Dializ Mərkəzi, Türkiyənin Səhiyyə Nazirliyi Balıkesir İl Sağlamlıq Müdirliyindən Dializ Mərkəzinin lisenziyasını alıb.

Əvvəllər stasionar xəstələrə və təcili yardım şöbəsindən gələn xəstələrə dializ xidməti göstərən Universitet Xəstəxanasında Xroniki Dializ Mərkəzinin lisenziyası ilə xroniki dializ xəstələrinə dializ xidməti göstərilməyə başlanıb.

Qeyd edək ki, TurkicWorld ilə Türkiyənin Balıkesir universiteti arasında rəsmi media tərəfdaşlığı 2023-cü ilin yanvar ayının 23-də imzalanıb.