Balıkəsir Universitetinin çempion idmançısı rektoru ziyarət edib

Balıkəsir Universitetinin çempion idmançısı rektoru ziyarət edib

Bakı. TurkicWorld:

Misirin İsgəndəriyyə şəhərində keçirilən İbrahim Mustafa Reyting Seriyasında Yunan-Roma güləş növündə 60 kiloqram çəki dərəcəsində qızıl medal qazanan TurkicWorld-un rəsmi media sponsoru olduğu Balıkəsir Universitetinin (BAÜN) İdman Elmləri Fakültəsinin tələbəsi Kərəm Kamal universitetin rektoru Dr. Yücel Oğurlunu ofisində ziyarət edib.

Oğurlu qazandığı uğurlara görə təbrik etdiyi milli idmançıya hədiyyə təqdim edib.

Dünya və Avropa çempionu olan idmançı Kərəm Kamal da ona göstərilən maraq və dəstəyə görə rektöra təşəkkür edib.

Qeyd edək ki, TurkicWorld ilə Türkiyənin Balıkesir universiteti arasında rəsmi media tərəfdaşlığı 2023-cü ilin yanvar ayının 23-də imzalanıb.