Son dəqiqə

Türkiyə CHP Meral Akşener Kemal Kılıçdaroğlu DEVA Parti Əli Babacan Əhməd Davudoğlu Ekrem İmamoğlu Mənsur Yavaş

Akşener altılı masaya geri döndü

Bakı, TurkicWorld

Türkiyənin müxalifət partiyası olan İYİ Partiya sədri Meral Akşener prezidentliyə namizədliyi ilə bağlı açıqlamalarından sonra digər müxalifət partiyaların siyasi “koalisiyası” hesab edilən və “Millət İttifaqı” adlanan altılı masaya geri dönüb.

TurkicWorld-un məlumatına görə, Akşenerin də iştirak etdiyi bugünki görüş Səadət Partiyasının rəhbərliyi altında keçirilib.

Görüşdə eyni zamanda “Millət ittifaqına” daxil olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu, DEVA Partiyasının sədri Əli Babacan, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu, Demokrat Partiyasının sədri Gültəkin Uysal, Səadət Partiyasının sədri Temel Karamollaoğlu da istirak ediblər.

Xatırladaq ki, Meral Akşener martın 3-də baş tutan altılı masanın iclasını prezidentliyə namizədliklə bağlı razılığa gələ bilmədiyi üçün tərk edib.

Qeyd edək ki, bu gün Akşener, İstanbul bələdiyyə başçısı Ekrem İmamoğlu və Ankara bələdiyyə başçısı Mənsur Yavaşla partiya qərargahında görüşərək onlara vitse-prezident vəzifəsi təklif edib.

Mövzuya görə xəbərlər