Azərbaycanlı qadınlar türk kişilərinin evlilik seçimində neçənci sıradadır?

Azərbaycanlı qadınlar türk kişilərinin evlilik seçimində neçənci sıradadır?

Bakı, TurkicWorld

Türkiyədə 2022-ci ildə 574 min 358 nəfər ailə qurub ki, bu da 2021-ci il ilə müqayisədə 11 min 218 nəfər çoxdur.

Bu barədə TurkicWorld-a Türkiyə Statistika İnstitundan (TÜİK) bildirilib.

Məlumata görə, Türkiyədə 2022-ci ildə 180 min 954 nəfər boşanıb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 5175 nəfər çoxdur.

"Orta nikah yaşı illər üzrə müqayisə edildikdə hər iki cinsin ilk nikah yaşının artdığı qeydə alınıb. İlk nikahda orta yaş həddi 2022-ci ildə kişilər üçün 28,2, qadınlar üçün isə 25,6 təşkil edib", - deyə institutdan bildirilib.

Türkiyədə 2022-ci ildə əcnəbilərlə ailə quran kişilərin sayı 28 min 571 nəfər, qadınların sayı isə 6 min 161 nəfər təşkil edib.

Məlumatda qeyd olunur ki, keçən il türk qadınların evlilikdə seçimi əsasən Almaniya vətəndaşları olub ( 1 536 nəfər) , daha sonra isə Suriya (1 266 nəfər ) və Avstriya (354 nəfər ) vətəndaşları olub.

Türkiyədə əcnəbilərlə evlənən kişilərin seçimi isə, əsasən Suriya ( 3 761nəfər ), Özbəkistan (3 178 nəfər ) və Azərbaycan (2 555 nəfər) vətəndaşları olub. 2022-ci ildə Türkiyə vətəndaşı ilə evlənən azərbaycanlı kişilərin sayı 214 nəfər təşkil edib.

Türk kişilərin digər ölkə vətəndaşları ilə evlilik statistikası aşağıdakı kimidir:

Rusiya -1 576
Türkmənistan - 1 201
Ukrayna - 1 078
Qırğızıstan - 1 027
İran- 914
Qazaxıstan - 637
Gürcüstan - 511
Yunanıstan - 109