Türkiyədə təxribat xarakterli paylaşımlar edən 27 nəfər həbs olunub

Türkiyədə təxribat xarakterli paylaşımlar edən 27 nəfər həbs olunub

Bakı. TurkicWorld:

Türkiyədə zəlzələ ilə bağlı təxribat xarakterli paylaşımlar etdiyi hesab edilən 138 nəfər saxlanılıb.

TurkicWorld-un məlumatına görə, onlardan 27-si həbs edilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Ötən axşam isə Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib.

Məlumat üçün qeyd edək ki, zəlzələ nəticəsində Türkiyədə vəfat edən vətəndaşların sayı 43 min 556 nəfərə çatıb.