Türkiyə gənclik və təhsil xidmətləri fondu yataqxanalarını zəlzələ qurbanlarına açdı, bölgəyə dəstək fasiləsiz davam edir

Türkiyə gənclik və təhsil xidmətləri fondu yataqxanalarını zəlzələ qurbanlarına açdı, bölgəyə dəstək fasiləsiz davam edir

Türkiyə gənclik və təhsil xidmətləri fondu yataqxanalarını zəlzələ qurbanlarına açdı, bölgəyə dəstək fasiləsiz davam edir.

TurkicWorld xəbər verir ki, əsrin fəlakəti olaraq xarakterizə edilən, mərkəzi Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Türkiyə tək ürək olaraq yaraları sağaltmağa çalışır. Türkiyədə onlarla fond kimi Türkiyə Gənclik və Təhsil Xidmətləri Fondu (TÜRGEV) da zəlzələdən zərərçəkənlərə yardımda ön sıralarda yer alır. İşçi heyəti, tələbələr və könüllülərlə zəlzələdən zərər çəkənlər üçün fəaliyyətini fasiləsiz davam etdirən TÜRGEV bölgəyə çox sayda yardımlar göndərib, yataqxanalarını zəlzələdən zərərçəkənlərə açıb.

Zəlzələlərin baş verdiyi gündən TÜRGEV yataqxanaları könüllülərlə birlikdə zəlzələ qurbanlarının ehtiyacları üçün çalışan könüllü mərkəzlərinə çevrilib. Yataqxanalardan birində yemək və tikiş emalatxanaları zəlzələ bölgəsinin ehtiyaclarını qarşılamaq üçün istehsal mərkəzinə çevrilib. Orada uzunömürlü qida və soyuğa davamlı geyimlər istehsal olunur.

Fondun Psixoloji Məsləhət Mərkəzi zəlzələdən zərər çəkən şəxslər üçün həm uzaqdan, həm də yerindəcə reabilitasiya və psixoloji dəstək fəaliyyətlərinə başlayıb.

TÜRGEV personalı zəlzələ bölgəsində xilasetmə və zəlzələ bölgəsinə gedən ləvazimatların yığılması, hazırlanması, qablaşdırılması və yüklənməsi işlərində iştirak edir.

TÜRGEV-in verdiyi məlumata görə, indiyədək 1041 yastıq, 1323 yorğan/adyal, 1340 yorğan örtüyü, 6964 corab, 500 powerbank, 4 noutbuk, 2 printer, 1458 uşaq qidası, 16725 qutu uşaq bezi, 259 qızdırıcı, geyim, ərzaq, gigiyena və təmizlik məhsulları və s. göndərilib.